1403-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1403-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 669 təyyarəsi, 283 helikopteri, 105 295 PUA-sı, 640 zenit-raket kompleksi, 26 747 tank və digər zirehli texnikası, 1 634 reaktiv yaylım atəş sistemi, 32 205 artilleriya və minaatanı, 50 143 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.