Ukrayna müharibənin 1410-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 210 630 hərbçi, 11 497 ədəd tank, 23 855 ədəd zirehli döyüş maşını, 35 744 ədəd artilleriya sistemi, 1 590 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 267 hava hücumundan müdafiə sistemi, 434 ədəd hərbi təyyarə, 347 ədəd helikopter, 72 688 ədəd avtomobil texnikası, 99 582 ədəd PUA, 4 137 qanadlı raket, 28 gəmi/kater, 2 sualtı qayıq, 4 035 xüsusi avadanlıq itirib.