Ukrayna və ABŞ-ın birgə istehsalı olan raket orbitə buraxılıb


Ukrayna və ABŞ-ın birgə istehsalı olan “Antares” raketi beynəlxalq kosmik stansiyaya buraxılıb, uçuşun başlanğıcı uğurlu alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Cənub” Konstruksiya Bürosu məlumat yayıb.

“Antares” raket qurğusu iki hissədən ibarətdir. Raketin əsas hissəsi Ukraynada istehsal edilib. Raketin fevralın 22-də Ukrayna vaxtilə 11:40-da orbitə çatması planlaşdırılır.