Həkimin son məktub ortaya çıxdı - Ürəyi zəif olanlar oxumasın!

“Sonsuz yuxuya dalacağam, bağışla məni, sevgilim”


Türkiyənin Bursa şəhərində “Xizək sürməyə gedirəm” deyərək evdən çıxıb. 15 saat sonra Uludağın ətəklərindəki meşəlik sahədən cansız bədəni tapılıb.



Assistent həkim Mustafa Yalçının intihar etməmişdən öncə yazdığı məktubu ortaya çıxıb. Yalçın məktubunda həmkarı, sevgilisinə, "Canım, Özgəm… Səbəbsiz görünən gedişim üçün ən çox səndən üzr istəyirəm. Məni bağışlamağını istəyirəm. Səni həqiqətən çox sevirəm. Sənə söz verdim özümü öldürməyəcəm, amma sözümü saxlaya bilmədim. Ölümümlə əlaqədar kimsəni günahlandırma" yazdığı qeydi məlum olub.

Uludağ Universitetinin rektoru Prof. Dr. Ahmet Saim Kılavuz isə açıqlamasında, "Prosesi həssaslıqla izləyirik" deyib.

Mustafa Yalçın çərşənbə axşamı, səhər saat 08.00 radələrində "Xizək sürməyə gedirəm" deyərək evdən çıxıb. 27 AR 993 nömrəli avtomobiliylə evdən ayrılan Yalçından xəbər ala bilməyən yaxınları, vəziyyəti polis və jandarma qruplarına bildirib. Hərəkətə keçən qruplar, avtomobilin Uludağ yoluna doğru hərəkət etdiyini təsbit ediblər. Bölgədə aparılan axtarış zamanı Yalçının avtomobili, Uludağ yolunun 11-ci kilometrliyində boş tapılıb. Yalçının itkin düşdüyü ehtimal olunaraq bölgəyə çox sayda axtarış dəstəsi cəlb edilib.





Sonunda Yalçının cansız bədəni, avtomobilindən 1 kilometr uzaqlıqdakı meşəlik sahədə aşkarlanıb. Təxminən yarım metr qarın altında olan Yalçının, intihar etdiyi müəyyən olunub.



Yalçının intihardan əvvəl ailəsinə və sevgilisinə yazdığı 5 səhifəlik məktubu ortaya çıxıb: "İronik olan budur ki, insanların bir-birinə dözməsinə mən dözə bilmədim. Əncir tumunu doldurmayacaq səbəblərlə bir-birini təhqir edənlər, bir-birini incidənlər, ürək qıranlar məni ümidsizliyə sürüklədi. Bu tip insanlarla həmsöhbət olmaq istəmirəm. Zorba insanlar güclərini istifadə edərək qorxu krallığı qurub, özündən zəifləri tir-tir əsdirirlər və qalxıb da bir şey deyə bilmirsən. Çünki səni də üzür. Əzib keçir".

Mustafa Yalçın, məktubunun davamında belə yazıb:

"Qar fotoqrafı olmaq istəyərdim. Bütün quşların şəkillərini çəkib kataloq halına gətirmək kimi bir fikrim vardı. Bəlkə də yüzdə 10 faizini belə bacara bilmədim. Ən çox utanc şey bir alətdə ifa edə bilməməkdir. Pianonu öyrənə bilmədim. Bütün bunlardan başqa elmi, tarixi gəzintimi reallaşdıra bilmədim. Ən çox yarım qalan işim budur. Kaş ki, sevdiyim alimlərin məzarlarını ziyarət edə biləydim. Dünyadakı maraqlı muzeyləri gəzmək istəyərdim. Elmi bir youtube kanalı da qurmaq istəyərdim".

Məktubunda sevgilisi Özgəyə də səslənən Yalçın, bunları yazıb:

"Canım Özgəm… Səbəbsiz görünən gedişim üçün ən çox səndən üzr istəyirəm. Məni bağışlamağını istəyirəm. Səni həqiqətən çox sevirəm. Sənə söz verdim özümü öldürməyəcəm, amma sözümü tuta bilmədim. Ölümümə görə kimsəni günahlandırma. Səninlə keçirdiyim vaxtlar o qədər kefli idi ki, hər saniyəsi ağlımda qalıb. Geridə qalanlara, ən çox sənə və ailəmə, iş yoldaşlarıma acı çəkdirəcəyimin fərqindəyəm. Sizlərdən üzr istəyirəm. Özgəm... Sən məni illərcə həyata bağlayan səbəb oldun. Sənin xəstəliyinin də eyni günə təsadüf etməsi çox pis oldu. Əvvəl təxirə salmaq istədim, amma edə bilmədim".

Sevgilisindən onu unutmasını istəyən Yalçın, "Özgəm… Məni uzun müddət xatırlama olarmı? Mən unudulmaq istəyirəm. Məni sənə xatırladacaq foto və ya əşya saxlama. Evə gəldim pişiyin yeməyini verdim. Balıqları yemlədim, çiçəkləri suladım. Şəkillərimizə baxdım. Gecə çox az yatdım. Zatən sabah sonsuz yuxuya dalacam. Bağışla məni, sevgilim! Çox gözəl kitabxanam var. Çox qiymətli kitablarım var. Onları tək qoyduğuma üzülürəm. Kitab da yazacaqdım, amma ömrüm çatmadı. Bütün fərdi əşyalarım Özgənindir. O nə diləsə, o şəkildə edilsin. İstər ailəmə və yoldaşlarıma xatirə olaraq verər, istəsə hamısını yandırar" deyə qeyd buraxıb.

Mustafa Yalçın, məktubda özünü öldürəcəyi yeri belə izah edib: "Beş il əvvəl Bursaya gələndə Uludağda gecə tək başıma düşərgə saldığım bir yer vardı. Oranı çox sevmişdim və xəritəmə işarələmişdim. Təkrar bura gələcəyəm demişdim. Gedə bilmədim, amma bu günə qismətmiş. Fikirlərimi bitirməyi və kitabımı nəşr etməyi çox istəyərdim. Layihəni çox sevdim və çox əmək verdim. Bitirə bilsəydim möcüzə olacaqdı. Almaniyadan sifariş verdiyim kimyəvi maddələr gələcək. Bir ara layihə üçün sıradakı mərhələni keçib ölüm deyə düşündüm, amma gözləyə bilmədim. Layihə müəllimimi xəyal qırıqlığına uğratdığım üçün özümdən utanıram əslində".

Məktubun sonunda isə bu ifadələr yer alıb:

"Gözəl bir vida yazısı yaza biləcəyimi düşünmüşdüm, amma ölüm anı yaxınlaşdıqca bir şey yazmaq gəlmir içimdən. Bir şey yazmadan da gedə bilərdim, amma ölümümün arxasından cinayət kimi şeylər düşünülməsin və ya kimsədən şübhələnilməsin deyə yazmağa qərar verdim. Buna görə yazdım".

Həkim Mustafa Yalçının yaxını və eyni zamanda Yayladağlılar Dərnəyi rəhbəri Məmməd Yalçın, "Rəhmətlik həkim Mustafa Yalçın, dərnəyimizin də köməkçi olduğu, təqaüd verdiyi şagirdlərindən biri idi. Çox sevdiyimiz, saydığımız bir qardaşımız idi. Bizlərə, Hacettepe Universitetində çox-çox köməkləri oldu, hətta qızıma qan da verən bir qardaşım idi. Bizə ölümüylə həm ailə olaraq, həm də həmyerliləri olaraq çox böyük bir acı və iztirab verib getdi. Məkanı cənnət olsun, Allah rəhmət etsin" deyə bildirib.

Turan