"Hazırda ABŞ-la münasibətlərdə yaxşı zaman deyil"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti vəzifəsinə başladıqdan sonra Cozef Baydenlə münasibətlərin elə də yaxşı olmadığını bəyan edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfəri zamanı türkiyəli jurnalistlərə bildirib.

"İstəyirəm ki, iki NATO ölkəsi olaraq biz düşmən yox, dost olaq. Amma indiki vəziyyət o qədər də yaxşı deyil. Baş nazir və Prezident kimi təxminən 19 illik fəaliyyətimə əsaslanaraq deyə bilərəm. Əfsuslar olsun ki, ABŞ-la münasibətlərdə yaxşı zaman deyil. Corc Buş, Barak Obama, Donald Trampla yaxşı işlədim, amma Cozef Bayden ilə yaxşı başladığımızı deyə bilmərəm", - Ərdoğan qeyd edib.