"S-400 səbəbindən Türkiyəyə davamlı təzyiq qəbuledilməzdir"

"Türkiyə Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərinin alınması ilə bağlı ABŞ-ın davamlı təzyiqləri ilə razılaşa bilməz, Rusiya ilə müqavilə tamamlanıb və yenidən nəzərdən keçirilməyəcək".

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfəri zamanı türkiyəli jurnalistlərə bildirib.

"ABŞ əvvəlcə S-400-ləri bəhanə edərək bizə F-35 satmaması ilə bağlı səhvini düzəltsin. S-400 səbəbindən üzərimizə davamlı təzyiq qəbuledilməzdir, bununla razılaşa bilmərik, geriyə dönüş yoxdur", - Ərdoğan vurğulayıb.