178 illik milli marşın sözləri dəyişdirildi: Zamanlaması diqqət çəkir

İtaliyada “Fratelli d’Italia” adlı 178 illik milli marşın final hissəsində illərdir səsləndirilən “Sì!” (Bəli) ifadəsi rəsmi ifalardan çıxarılıb.

Sherg.az xəbər verir ki, qərar Baş nazir Giorgia Meloninin təklifi və Prezident Sergio Mattarellanın təsdiqi ilə qəbul edilib.

Prezidentlik ofisi dəyişikliyin siyasi deyil, tarixi dəqiqliyin təmin edilməsi məqsədi daşıdığını bildirib. Qeyd olunub ki, marşın sözlərini 1847-ci ildə yazan şair Goffredo Mamelinin orijinal mətnində “Sì!” ifadəsi yer almayıb.

Qərarın Avropada müharibə ehtimallarının daha çox müzakirə olunduğu bir dövrdə qəbul edilməsi isə xüsusilə hərbi dairələrdə narahatlıq yaradıb və zamanlaması ilə diqqət çəkib.