Pentaqon: “ABŞ Ukraynaya 400 milyon dollarlıq yeni hərbi yardım paketi hazırlayır”

Pentaqon ABŞ-ın Ukraynaya 400 milyon dollarlıq yeni hərbi yardım paketini elan etməyə hazırlaşdığını bildirib.
Məlumata görə, yeni paketə uzaqmənzilli yüksək dəqiqlikli silahlar daxil ediləcək. Ümumilikdə, Kiyev ABŞ istehsalı 12 HIMARS reaktiv yaylım atəş sistemi alacaq.
Bundan əlavə, ABŞ və tərəfdaşlar Ukraynanı sahil müdafiə sistemləri ilə təchiz etmək imkanlarını müzakirə edirlər.
Mənbə: kommersant.ru