Şri-Lankanın hökumət rəsmilərinin Moskvaya səfəri təxirə salınıb

Şri-Lanka hökumətinin nümayəndə heyətinin iyulun 10-16-da Moskvaya planlaşdırılan səfəri ölkədəki vəziyyətlə əlaqədar təxirə salınıb.

“Report” xəbər verir ki, bu barədə “TASS”a Şri-Lanka Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.

“Daxili siyasi vəziyyəti nəzərə alaraq, Susil Premajayantha Rusiyaya səfərini təxirə salmaq məcburiyyətində qalıb”, - mənbə bildirib.

Qeyd edək ki, Şri-Lanknın paytaxtı Kolomboda keçirilən etirazlar fonunda Baş nazir Ranil Vikramasink istefa verib.