2025-ci il dünyada münaqişələrin və böhranların dərinləşdiyi il kimi yadda qaldı.
Sherg.az xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi, İsrail-Qəzza qarşıdurması və Sudandakı vətəndaş müharibəsi il boyu davam etdi. ABŞ-da Donald Tramp yenidən prezident oldu və xarici siyasətdə sərt qərarlar verdi. Yaxın Şərqdə İsrail–İran arasında 12 günlük gərginlik yaşandı, sonradan atəşkəs əldə olundu.
2025-ci ilin 13 oktyabrında ABŞ Prezidenti Donald Trampın Qəzza üzrə sülh planı Türkiyənin vasitəçiliyi ilə Qahirədə imzalandı. Sənədi Prezident Rəcəb Tayyib Ərdoğan, ABŞ Prezidenti Donald Tramp, Misir Prezidenti Əbdülfəttah əs-Sisi və Qətər Əmiri Təmim bin Həməd Al Sani imzaladılar. Razılaşma Qəzzada atəşkəs və yenidənqurma prosesini nəzərdə tutur.
İl ərzində bir sıra ağır təyyarə qəzaları, zəlzələlər və kütləvi insan itkiləri qeydə alındı. Avropa və digər bölgələrdə ekstremal istilər yüzlərlə insanın ölümünə səbəb oldu. Papa Fransisk vəfat etdi, Katolik dünyasına Papa XIV Leo rəhbər seçildi. İlin sonunda BMT 2025-ci ili tarixdəki ən isti illərdən biri kimi rəsmən təsdiqlədi.