"İranın dünya üçün baş ağrısına çevrilib" - Rejimin sonu yaxınlaşır!

“Digər tərəfdən regionda yeni münaqişə ocaqlarının yaranmasında bir çox qlobal şəbəkələr maraqlıdırlar”

“Ona görə də bir az ehtiyatlı olmaq lazımdır. Bu prosesin içinə Azərbaycanı da süni şəkildə daxil etmək istəyən güclər var”

“Onlar ən azından İran, Azərbaycan və Türkiyəni qarşı-qarşıya qoymaq istəyirlər”

“İsrail dronlarının İranı vurması ilə bağlı hələlik təsdiqlənmiş məlumat yoxdur”.
Bu barədə “Sherg.az”a politoloq Natiq Miri bildirib. O qeyd edib ki, müxtəlif informasiya agentlikləri İsrail dronlarının İranın hərbi obyektlərini vurması ilə bağlı müxtəlif məlumatlar verir:

“Amma maraqlı orasıdır ki, rəsmi Tehran hələ də birmənalı olaraq Təl-Əvivin onun hərbi obyektlərini vurduğunu təsdiqləmir. Bəlkə də, İsrail prosesdə birbaşa iştirak etmir. Ayrıca bu məsələ təkcə İsraillə də məhdudlaşmır. Çünki dünən  İraq-Suriya sərhəddində İranın silah daşıyan 25 tır karvanı tamamilə məhv edilib. Bunun isə ABŞ-ın Suriyada rəhbərlik etdiyi koalisiyanın işi olduğu ehtimal edilir. Burada sual yaranır ki, İsrail həqiqətən də İranın hərbi obyektlərini vurmaq istəyirsə, niyə nüvə obyektlərini hədəfə almayıb? Axı israilə SEPAH-ın mərkəzlərinin vurulmasından çox nüvə obyektlərini məhv etmək istəyir. Lakin dünənki dron hücumunda nüvə obyektləri müşahidə olunmur".

Analitik qeyd edib ki,  baş verən hadisələr İranın beynəlxalq güclər və dünya üçün baş ağrısına çevrildiyi deməkdir:

"Biz artıq anti-İran prosesinin başladığını iddia edə bilərik. Bu prosesin başlamasına isə İsraildəki Sinaqoqa və Tehrandakı Azərbaycan səfirliyinə olunan hücumun oxşarlığı səbəb oldu. Hər iki hadisədə terrorçular avtomat silahdan istifadə edərək kütləvi qırğın həyata keçirməyi planlaşdırırdı. Lakin bu Azərbaycan səfirliyində alınmadı. Düşünürəm ki, hədəf böyük idi və bizə göz dağı vermək üçün böyük itkilər planlanmışdı. Ancaq bu itkilər İsraildə baş verdi. Bu isə qlobal güclər üçün daşırıcı nöqtə oldu. Artıq müəyyən səviyyələrdə İran üçün məhdudlaşdırıcı addımların atılacağını düşünürəm".
Ekspertin sözlərinə görə, özünü hərbi cəhətdən ən güclü ölkə sayan İranın hücumların qarşısında səssiz qalması da çox maraqlıdır:
"Yəni buna adekvat cavab verməli di, amma biz bunu görmürük. Məncə bu Tehranın anti-İran prosesinin ciddi olduğunu anladığından irəli gəlir. Əgər Cənub qonşumuz yenə də boyunu aşacaq addımlar atmağa davam edərsə, molla rejiminin sonu yaxınlaşa bilər.


 Digər tərəfdən regionda yeni münaqişə ocaqlarının yaranmasında bir çox qlobal şəbəkələr maraqlıdırlar. Ona görə də bir az ehtiyatlı olmaq lazımdır. Bu prosesin içinə Azərbaycanı da süni şəkildə daxil etmək istəyən güclər var. Onlar ən azından İran, Azərbaycan və Türkiyəni qarşı-qarşıya qoymaq istəyirlər. 

Bu zəifləyən tərəflərin daha yaxşı idarə etməyin mümkün olmasına hesablanıb. Rəsmi Bakı ehtiyatlı olmalı və baş verən proseslərə həssaslıqla yanaşmalıdır".