Çinin hava məkanında naməlum uçan obyekt aşkarlanıb

Çinin Jiçjao şəhərinin (Şandun əyaləti) suları yaxınlığında hava məkanında naməlum uçan obyekt aşkar edilib. Bu barədə Qingdao Dəniz İşləri Departamenti məlumat yayıb.

Trend-in məlumatına görə, bu barədə “Global Times” xəbər verib. Məlumata əsasən, Jiçjao sularında naməlum uçan obyekt aşkar edilib və onun endirilməsinə hazırlıq gedir”.

Ərazidə olan balıqçı qayıqlarına müvafiq xəbərdarlıq edilərək, diqqətli olmaları tapşırılıb. Hadisənin digər təfərrüatları barədə hələ ki, məlumat verilmir.