Malatyada güclü zəlzələ baş verdi

Malatyanın Yeşilyurt rayonunda 4,9 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, Malatyanın Yeşilyurt rayonunda yerli vaxtla saat 19:29-da 4,9 bal gücündə zəlzələ baş verib. Zəlzələnin 7 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.