Blinkenin səfəri: ABŞ-nin İsrailə yardımı aqressivlik yaradacaq
11:14 03.11.2023
Dünya
588
ABŞ dövlət katibi Entoni Blinken bu gün səhər növbəti dəfə İsrailə səfərə gedib.
Vaşinqtonun baş diplomatı İsrail Baş naziri Benyamin Netanyahu və digər rəsmilərlə görüşlər keçirəcək.
Məlumata görə, Blinken Təl Əvivə ABŞ-ın İsrailə yeni təsdiqlədiyi səfiri Cək Liu (Jack Lew) ilə birlikdə gedib.
Entoni Blinkenin İsrailə səfərini dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov "Sherg.az"a açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatları İsrailə olan dəstəyini hər bir plaformada ifadə edir:
"Ona görə də, Entoni Blinkenin səfərinə bu rakursdan yanaşmaq lazımdır. Bu gün ABŞ İsrail və HƏMAS qarşıdırmasının çapının genişləndiyinin fərqindədir. Xüsusilə də, Yəməndəki Husilərin İsrailə müharibə elan etməyinin ardından sonra ABŞ İsrailə daha çox dəstək verilməli olduğunu düşünür. Buna görə də, Blinken keçən dəfəki səfərindən qısa müddət keçməmiş yenidən İsrailə gedir. Bu səfər çərçivəsində Amerikanın İsrailə dəstəyi növbəti dəfə ifadə ediləcək. Faktiki olaraq ABŞ İsrailin Qəzzada quru əməliyyatı aparmağına razıdır. Ümumiyyətlə, HƏMAS-ın İran və Hizbullahla əlaqələrinə görə ABŞ-nin regional siyasətini də təhdid etdiyini düşünür. Bu baxımdan İsrailin HƏMAS-a qarşı başlatdığı və apardığı əməliyyatlar ABŞ tərəfindən dəstəklənir. Eyni zamanda ABŞ bunu gizlətmədən açıq şəkildə göstərir. Qarşıdurmanın belə həddə çatması vəziyyətin daha çox gərginləşməsinə gətirib çıxaracaq".
Ekspert onu da qeyd edib ki, Blinkenin səfərindən sonra ABŞ-nin İsrailə hərbi və maliyyə baxımından dəstəyi güclənəcək:
"Təbii ki, bu da aqressivliyin artmasına səbəb olacaq. Bütövlükdə isə İsrail dövlətinin qarşısında hədəflər var. Qəzzada aparılan əməliyyatlara qarşı Livan və Yəmən tərəfindən İsrailə etirazlar edilsə də, rəsmi Təl- Əviv bu məsələdə geri durmayacağını bildirdi. Proseslərin bu fonda inkişaf etməsi nəticəsində ABŞ özünün geostrateji hədəflərinə nail olmaq istəyir. Blinkenin İsrailə gerçəkləşən səfəri zamanı ABŞ və İsrail müttəfiqliyi növbəti dəfə güclənmiş olacaq. Həmçinin, bunu bütün dünyaya açıq şəkildə bəyan edəcəklər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin Avropa İttifaqına sərt xəbərdarlıq etdi
20:42 25.04.2026
Dünya
Ceyhun Bayramov Qəbələdə ukraynalı həmkarı ilə görüşüb
20:34 25.04.2026
Gündəm
Azərbaycan - Ukrayna ittifaqı güclənir - RƏY
20:04 25.04.2026
Gündəm
Tramp Uitkoff və Kuşnerin Pakistan səfərini ləğv etdi
19:58 25.04.2026
Dünya
İran nümayəndə heyəti İslamabadı tərk edib
19:44 25.04.2026
Gündəm
İsrailin hücumu nəticəsində Livanda dörd nəfər ölüb
19:01 25.04.2026
Dünya
İran XİN rəhbəri Omana gedib
18:58 25.04.2026
Dünya
Azərbaycanın Ukrayna mövqeyi ardıcıl və dəyişməzdir - ŞƏRH
18:22 25.04.2026
Gündəm
Makron: Fransa enerji qıtlığı ssenarisini ehtimal etmir
18:19 25.04.2026
Dünya
Rusiyanın Dneprə hücumlarında yaralıların sayı artıb
18:04 25.04.2026
Dünya
İran-Türkiyə sərhədində yeni keçid məntəqəsi açılıb
18:02 25.04.2026
Dünya
Aİ səfiri Gürcüstan XİN-ə çağırıldı
17:31 25.04.2026
Region
Netanyahunun Livan Prezidenti ilə görüşü planlaşdırılır
17:01 25.04.2026
Gündəm
Azərbaycanla Ukrayna arasında 6 sənəd imzalanıb
16:59 25.04.2026
Gündəm
"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb
16:44 25.04.2026
Futbol