Türkiyə BRİKS-ə görə NATO-dan çıxır? - Ərdoğan açıqladı

Türkiyənin BRİKS və ya ASEAN-a qoşulması onun NATO-dan çıxması demək deyil və regionlarda balansı dəyişə bilər.

Axar.az xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında iştirak etdiyi Nyu-York səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

“Düşünürəm ki, BRİKS və ASEAN-da mövcudluğumuz regionumuzun arifmetikasını dəyişəcək. Bu, tamamən fərqli struktur yaradacaq”, - deyə Ərdoğan bildirib.