İran və Ermənistan XİN rəhbərləri regional məsələləri müzakirə edib

İran xarici işlər naziri Abbas Araqçi və Ermənistan xarici işlər Ararat Mirzoyan Nyu-Yorkda görüşüb.

APA xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Görüş BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutub.

Nazirlər ikitərəfli münasibətləri və Cənubi Qafqazdakı regional məsələləri müzakirə edib.