NATO-nun Finlandiyadakı qərargahı Rusiya ilə sərhəddə yerləşəcək

NATO-nun Şimali Avropadakı Quru Qoşunlarının qərargahı Rusiya ilə sərhəddə yerləşəcək.
APA-nın Moskva müxbirinin TASS-a istinadən xəbərə görə, bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, NATO-nun Şimali Avropadakı Quru Qoşunlarının qərargahı Rusiya Federasiyası ilə sərhədə yaxın Finlandiyanın Mikkeli bölgəsində yerləşəcək.