İranda sərhəd postuna silahlı hücum edildi

Bu gün səhər saatlarında Sistan və Bəlucistan əyalətinin Mircavə rayonunun Təhlab bölgəsində SEPAH və polis komandanlığının sərhəd qoşunları və sərhəd zastavasına silahlı hücum edilib.

Axar.az xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Bildirilib ki, hücum zamanı güclü atəş səsləri eşidilib, qumbara atan və başqa silahlardan istifadə olunub.

Hücumun hansı qrup tərəfindən edildiyi və insan tələfatı barədə hələlik mlumat verilməyib.