Çin Ukrayna üçün yeni planını açıqladı

Çin Ukraynadakı böhranı sülh yolu ilə həll etmək üçün “Sülh dostları”adlı beynəlxalq koalisiya yaradır.
Axar.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vanq Yi BMT-də Braziliya nümayəndələri ilə görüşündə açıqlayıb.
Bəzi mənbələr “Sülhün dostları” platformasının gələn ay Kazanda keçiriləcək BRİKS sammitində təqdim olunacağını ehtimal edir.