Livan Baş naziri: İsraillə böhranın diplomatik həldən başqa yolu yoxdur

İsraillə böhranın diplomatik həldən başqa yolu yoxdur.

APA-nın xəbərinə görə, bunu Livan Baş naziri Nacib Mikati Beyrutda mətbuat konfransında bəyan edib.

Baş nazir deyib ki, Livanın cənubunda münaqişə tərəfləri BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin yerinə yetirilməsinə qayıtmasını qaçılmaz edir. Bu qətnamə 2006-cı ildə müharibəyə son qoyub: “Qan axması davam etməməlidir. Livan üçün böhranın diplomatiyadan başqa həll variantı yoxdur. Biz razılaşmaya gedəcəyik, Livan Ordusu da qarşıya qoyulan missiyasını yerinə yetirməyə hazırdır”.