Budanov istefaya göndərilir: yerini bu şəxs tutacaq

Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov yaxın vaxtlarda vəzifəsini tərk edə bilər. Onun varisi yəqin ki, artıq hazırdır.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Məlumata görə, Budanovu bu vəzifədə hazırda Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri olan Oleq İvaşşenko əvəzləyəcək.

Qeyd edək ki, media budan öncə də Budanov və Umerovun istefaya gedəcəyi haqda məlumat yaymışdı.