Avstriya prezidenti: Hökumət gələn həftə istefa verəcək

Avstriya hökuməti gələn həftə istefasını təqdim edəcək, lakin parlament seçkilərindən sonra yeni kabinet təyin olunana qədər fəaliyyətini davam etdirəcək.

APA xəbər verir ki, bu barədə Avstriya Prezidenti Aleksandr Van der Bellen bildirib.

“Gələn həftə hökumət istefasını təqdim edəcək və mən onlara yeni hökumət təyin olunana qədər işini davam etdirməyi tapşıracağam”, - dövlət başçısı vurğulayıb.