Şimali Koreya Rusiyaya hərbçi göndərsə... - Rutte

Şimali Koreya Rusiya tərəfində döyüşmək üçün Ukraynaya qoşun göndərsə, bu, münaqişəni ciddi dərəcədə gərginləşdirəcək.
Axar.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte deyib.

Rutte bildirib ki, o, Cənubi Koreya Prezidenti Yun Sok Yolla alyansın Seulla sıx tərəfdaşlığı barədə müzakirələr aparıb, diqqəti müdafiə və sənaye sahəsində əməkdaşlığa, Avro-Atlantik və Hind-Sakit okean regionlarının bir-birinə bağlı təhlükəsizliyinə yönəldib.

Qeyd edək ki, Qeyd edək ki, Cənubi Koreya Şimali Koreyanın Ukraynadakı müharibədə iştirak etmək üçün Rusiyaya 12 min əsgər göndərmək qərarına gəldiyini açıqlayıb. Ukrayna isə bu qüvvələrin ilk dəstəsinin artıq bugündən Kursk vilayətinə yerləşdirildiyini bildirib.

Bundan öncə şimali koreyalılardan ibarət xüsusi batalyon yaradıldığı və Rusiyada təlim keçdiyi məlumatı yayılmışdı.