Rusiyaya son sanksiyalar... - Blinken hədəfi açıqladı

Bu sanksiyalar Rusiyanın hərbi səyləri üçün həyati əhəmiyyət kəsb edən bir sıra sektorlara qarşı yönəlib.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken Rusiyaya tətbiq edilən son sanksiyaları şərh edərkən deyib.

Blinken bildirib ki, sanksiyalar üçüncü ölkələrin qurumlarının, Rusiya Müdafiə Nazirliyinin bir sıra yüksək rütbəli əməkdaşlarının, müdafiə şirkətlərinin sanksiyalardan yayınmasına və gələcəkdə Rusiyanın enerji təchizatı və ixracının artırılmasını dəstəkləyən şəxslərə qarşıdır.