Qərbi Azərbaycanda silahlı qarşıdurma: ölən var

İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Qərbi Azərbaycan əyalətinin İraqla sərhəd bölgəsində əməliyyat keçirib.

Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, İraqdan Qərbi Azərbaycana daxil olmaq istəyən silahlı qruplaşma üzvlərindən biri öldürülüb.

Bununla yanaşı bir neçə nəfərin həbs edildiyi və çox sayda silah-sursatın ələ keçirildiyi bildirilib.

Öldürülən və saxlanılan şəxslərin hansı qruplaşmaya mənsub olduqları bildirilməyib.