“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask prezident seçkilərin nəticələrini ən yüksək dövlət vəzifəsinə namizədliyini irəli sürən keçmiş prezident Donald Trampla izləyəcək.
Bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Mask gecənin bir hissəsini bir neçə tədbirin baş tutacağı Floridadakı Mar-a-Laqo iqamətgahında keçirəcək.
Xatırladaq ki, noyabrın 5-də ABŞ-da növbəti ümumi seçkilər keçirilir. Əhali prezidenti, Senatın üçdə birini və ABŞ Konqresinin Nümayəndələr Palatasının bütün üzvlərini, həmçinin 11 ştatın və 2 ərazinin qubernatorlarını seçirlər.
Respublikaçı namizəd Donald Tramp və ABŞ-ın hazırkı hakim Demokrat Partiyasını təmsil edən Kamala Harris dövlət başçısı postuna iddialıdırlar.