Bayden Szinpinlə Limada təkbətək görüşəcək

Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində ABŞ Prezidenti Co Bayden və Çin Prezidenti Si Szinpin arasında görüş olacaq.

Teleqraf.com xəbər verir ki, noyabrın 16-da keçiriləcək sammit çərçivəsində iki lider jurnalistlər üçün keçiriləcək xüsusi brifinqdə bir araya gələcək.

Bildirilir ki, bu, 2021-ci ildən bəri Bayden və Szinpin arasında üçüncü təkbətək görüş olacaq.

Qeyd edək ki, sammit Perunun paytaxtı Lima şəhərində baş tutacaq.