ABŞ Gizli Xidməti “Boston Dynamics” şirkətinin ilk robot itlərini təhlükəsizlik üçün xidmətə götürüb. Onlardan biri Donald Trampın Florida ştatındakı Mar-a-Laqo iqamətgahında patrul xidməti aparır.
Axar.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
Bildirilir ki, “Spot” adlı robot tam avtomatlaşdırılmış rejimdə işləyə və ya məsafədən idarə edilə bilər.
Qeyd olunub ki, robot itlər insanlardan daha geniş əraziləri qorumaq imkanına sahibdir.