İran prezidenti Məsud Pezeşkian ölkənin paytaxtının Tehrandan ölkənin cənub sərhədlərinə, Fars körfəzi sahillərinə köçürülməsi planları üzərində işləməyə başladıqlarını açıqlayıb.
Sherg.az xəbər verir ki, ölkə mətbuatında əksini tapan xəbərə görə, Pezeşkiyan dünən Hatəmül Ənbiya Qərargahına səfəri zamanı etdiyi çıxışda keçmişdə müzakirə edilən paytaxtın Tehrandan köçürülməsi məsələsini bir daha gündəmə gətirib.
Tehranı paytaxt kimi buraxmağın bəzi səbəblərdən, xüsusilə də iqtisadi səbəblərdən qeyri-mümkün hala gəldiyini düşündüyünü dilə gətirən İran prezidenti, "Ölkənin paytaxtı Tehran həll olunmaz problemlərlə üzləşib. Nə etsək də, vaxt itiririk. Ona görə də biz ölkənin iqtisadi və siyasi mərkəzini cənuba və dənizə yaxın yerə köçürməliyik. Bizim onu daşımaqdan başqa çarəmiz yoxdur"-deyə bildirib.
Pezeşkiyan, Birinci vitse-prezident Məhəmməd Rıza Arifə paytaxtın köçürülməsi planlarını təqib etmək üçün tapşırıq verildiyi məlumatını paylaşaraq deyib: "Bu məsələyə məhəl qoymasaq gələcəkdə ölkənin ekoloji böhran və bir çox başqa problemlərlə üzləşməsinə səbəb ola bilər".
Təxminən 20 milyon əhalisi olan İranın paytaxtının Tehrandan başqa şəhərə köçürülməsi planı ilk dəfə 2013-cü il dekabrın 25-də 290 yerlik parlamentdə 110 deputatın səsi ilə qəbul edilib. Plan çərçivəsində yaradılan şura paytaxt üçün "ən yaxşı alternativin harada olacağı" ilə bağlı araşdırmalar aparırdı. Bu məsələ ilə bağlı indiyədək heç bir addım atılmayıb.