Litva Ukraynaya ordu üçün silah və texnikanın yeni partiyasını təhvil verib

Bu həftə Litva Ukrayna Silahlı Qüvvələrinə elektrik generatorları, M113 zirehli maşınları üçün ehtiyat hissələri, müxtəlif növ silahlar və onların hissələri təhvil verib.

APA xəbər verir ki, bu barədə noyabrın 24-də Litva Respublikasının Sahil Mühafizəsi Nazirliyi öz saytında məlumat yayıb.

“Ukraynadan gələn müraciətlərə cavab olaraq, bu il Litva artıq 155 mm-lik döyüş sursatı, M113 zirehli maşınları, pilotsuz uçuş aparat sistemləri, qış mövsümü üçün lazım olan avadanlıq və isti geyim dəstləri, “Karl Qustav” tank əleyhinə qumbaraatan üçün sursat, uzaqdan partlatma avadanlığı, RISE-1 sistemləri, generatorlar, yükləyicilər, qoşqular, çarpayılar və digər əlaqəli avadanlıqlar tədarük edib”, - açıqlamada deyilir.

Departamentin məlumatına görə Litva Ukraynaya 705 milyon avrodan çox hərbi dəstək verib.