Politoloq: “Gürcü arzusu”nun parlamentin ilk iclasını keçirməsi mesaj xarakteri daşıyır

Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə hökumətin yeni tərkibini açıqlayıb. APA-nın Tbilisi müxbiri xəbər verir ki, hökumətin tərkibində üç dəyişiklik var. Bildirilib ki, dəyişiklik Xarici İşlər Nazirliyini, Ədliyyə Nazirliyini, Ekologiya və Kənd Təsərrüfatı Nazirliyini əhatə edib. Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili hökumətin yeni tərkibində yer almayıb.

Politoloq Turab Rzayev “Sherg.az”a bildirib ki, bunu hökümət böhranı yaxud da hakim partiyanın müxalifəti və prezidenti nəzərə almadan öz siyasətini istədiyi kimi həyata keçirmək kursu adlandırmaq olar:

“Çünki gözlənti ondan ibarət idi ki, Gürcüstanda parlament topla.acaq və onu prezident təsdiqləyəcək. Lakin  Salome Zurabişvili iclasda iştirak etmədi və parlamenti legitim saymadığını bildirdi. Saxtakarlıq olduğuna görə seçkini qəbul etmədiyini söylədi. Hətta impiçment üçün Salome Zurabişvilinin sənədini Ali Məhkəməyə göndərmişdilər. Salome Zurabişvili isə vurğuladı ki, onu əvəzləyəcək şəxs yoxdur. İrakli Kobaxidzenin hökumətin yeni tərkibinin təsdiq olunduğunu bildirməsi və Salome Zurabişvilinin etirazlarına baxmayaraq “Gürcü arzusu”nun parlamentin ilk iclasını keçirməsi mesaj xarakteri daşıyır. Yəni faktiki olaraq hökümət müxalifətin və prezidentin etirazlarına baxmayaraq seçki nəticələrini legitimləşdirəcəyini elan edir. Digər tərəfdən müxalifət bütün vilayətlərdə və şəhərlərdə küçə axınları edir. Hökümət isə buna qarşı olaraq onların parlament binasına girişinə qadağa qoyub. Görünən odur ki, Gürcüstanda siyasi gərginlik bir müddət davam edəcək”.