Mirzoyan Finlandiyaya gedir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Finlandiyanın xarici işlər naziri Elina Valtonenin dəvəti ilə Helsinkiyə səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Mirzoyan noyabrın 28-29-da Helsinkidə olacaq. Xarici işlər nazirləri Ermənistanla AB arasında münasibətləri, Finlandiyanın ATƏT-də qarşıdan gələn sədrliyi və regional məsələləri müzakirə edəcəklər.