Ermənistan Qafanda Rusiya Baş konsulluğunun açılmasına prinsipial olaraq razılıq verib.
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O qeyd edib ki, Moskva İrəvandan Sünikdə (Zəngəzur - red.) konsulunun tanınmasını xahiş edib:
"Biz cavab gözləyirik. Dəfələrlə bu məsələni müzakirə etmişik, təəssüf ki, vəziyyət dəyişməyib".