Tramp ABŞ-nin Ukrayna üzrə xüsusi elçisini təyin edib

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna üzrə xüsusi elçisini təyin edib.
“Report” xəbər verir ki, bu barədə “Reuters” üç mənbənin açıqlamasına əsasən məlumat yayıb.
Bu, keçmiş vitse-prezident Mayk Pensin milli təhlükəsizlik üzrə müşaviri, general-leytenant Keyt Kelloqdur.
Qeyd olunur ki, Kelloqun namizədliyi hələ təsdiqlənməyib.