Rusiya müdafiə naziri Pxenyana qəfil səfər edib

Rusiyanın müdafiə naziri Andrey Belousov gözlənilmədən Şimali Koreyaya səfərə gedib.

APA-nın xəbərinə görə, bu bardə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Pxenyanın hava limanında rusiyalı naziri Şimali Koreyadan olan həmkarı No Qvan Çxol qarşılayıb.

Səfər çərçivəsində adıçəkilən ölkənin hərbi-siyasi rəhbərliyi ilə silsilə görüşlər keçiriləcək.