6.2 milyon dollara alınan "Divara yapışdırılmış banan" mətbuat konfransında yeyilib

İtalyan rəssam Maurisio Kattelanın “Divara yapışdırılmış banan” adlanan konseptual əsəri Nyu-Yorkda hərraca çıxarılaraq 6,2 milyon dollara satılıb.
APA “The Guardian“a istinadən xəbər verir ki, əsəri alan kriptovalyuta sahibkarı Castin Sun media nümayəndələrinin qarşısında bananı divardan qoparaq yeyib.

O konseptual sənətlə kriptovalyuta arasında paralellər olduğunu deyərək addımını belə şərh edib.

Castin Sun qeyd edib ki, bananı mətbuat konfransında yemək də sənət əsərinin tarixinin bir hissəsi ola bilər.