Cənubi Koreya Prezidenti Yun Sok Yol ölkə ərazisində fövqəladə vəziyyət elan edib.
APA-nın “Associated Press“ə istinadən xəbərinə görə, bu barədə Prezident Yun Sok Yol xalqa müraciətində bildirib.
Cənubi Koreya Prezidenti azad ölkəni yenidən quracağını, Şimali Koreya tərəfdarlarını hərbi vəziyyət vasitəsilə təmizləyəcəyini bildirib.
O, ölkə müxalifətini parlamentə nəzarəti ələ keçirməkdə, hökumətin fəaliyyətini və ümumilikdə dövlət idarəçiliyini iflic etməkdə, o cümlədən Şimali Koreyaya açıq-aşkar rəğbət bəsləməkdə günahlandırıb.
Cənubi Koreya lideri bu qərarı həm də Konstitusiya quruluşunun müdafiəsi üçün zəruri addım adlandırıb.