
Makron 2027-ci ilə qədər necə olur olsun, hakimiyyətdə qalacaq -ANALİZ
12:17 04.12.2024
Dünya
635
Fransadaxili siyasi gərginlik artmaqdadır. Yay Olimpiya Oyunlarından sonra bu hal daha qabarıq müşahidə olunur. Əsas narazılıq da prezident Emmanuel Makron və komandasındandır. Prezident Fransanın ən əsas, hətta bir nömrəli probleminə çevrilib, narazılıqlar pik həddə çatıb. 80-dən çox deputatın Fransa prezidentinin hakimiyyətdən uzaqlaşdırılması ilə bağlı qətnamə imzalaması ölkədə şok effekti doğurub. Sənədin müəllifləri prezidentə qarşı impiçment prosedurunun başlanmasını təklif edirlər. Bu sənəd üzrə artıq 214 min imza toplanıb. Sənədi solçu “Yeni Xalq Cəbhəsi” blokundan olan 81 deputat imzalayıb. Bu deputatların əksəriyyəti “Ram edilməmiş Fransa” partiyasının fraksiyasındandır. Qətnamənin müəllifləri parlamentin Makrona qarşı impiçment proseduruna başlamasını istəyir. Parlamentarilər Makronun iyulun 7-də keçirilən seçkilərdə qalib gələn koalisiyadan baş nazir təyin etməkdən boyun qaçırması ilə razılaşmırlar. Qətnamə təklifini “La France insoumise” üzvü olan 72 deputatdan əlavə, “Sol Demokratlar və Respublikaçılar” qrupunun üzvləri olan Reunion adasının bir neçə ekoloqu və deputatı da imzalayıb.
Lakin Fransa Prezidenti Emmanuel Makron deyib ki, istefa vermək niyyətində deyil.
O, bildirib ki, hökumətə etimadsızlıq göstərilsə belə, səlahiyyət müddətim başa çatanadək istefa verməyəcəm.
Qeyd edək ki, Makronun səlahiyyət müddəti 2027-ci il mayın 13-də başa çatır.
Siyasi şərhçi Əziz Əlibəyli "Sherg.az"a bildirib ki, Makronun hakimiyyətdə qalmağının təmin edilməsi müxalif cəbhənin parçalanmasına görə idi:

"Millətçilər və Le Penin rəhbərlik etdiyi koalisiyanın hakimiyyətə gəlməsini istəməyən üçüncü qüvvələrin qələbəsini Pirr qələbəsi kimi görmək olar. Amma onlar qalib ola bildilər. Nəticədə isə Makronun hakimiyyəti davamlı olaraq onları təmin edir. Eyni zamanda Fransada Prezidentlik İnstitutunun xarakteri imkan verir ki, hər dəfə hakimiyyət böhranında məsuliyyət baş nazirlərə yüklənsin. Diqqətlə baxsaq, görərik ki, Makron dönəmində ən azı 4-5 baş nazir dəyişib. Bu mənada onlar yenə prosesi idarə edəcəklər. Yəni Makron 2027-ci ilə qədər necə olur olsun, hakimiyyətdə qalacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə