Şahzadə Harri ilk dəfə ayrılıq iddialarından danışıb

Həyat yoldaşı Meqan Markl ilə kral həyatı ilə vidalaşan və ABŞ-də yeni səhifə açan şahzadə Harri ilk dəfə həyat yoldaşından ayrılması xəbərindən danışıb.

Sherg.az xəbər verir ki, 2020-ci ildə İngiltərədəki krallıq vəzifələrini tərk edərək ABŞ-yə  köçən Şahzadə Harri və Meqan Markl kral ailəsindən ayrılsalar da gündəmdə qalmağı bacarırlar.

Son zamanlar məşhur cütlüyün boşanması ilə bağlı çoxlu xəbərlər yayılıb.

40 yaşlı Şahzadə boşanma iddiaları haqqında ilk dəfə "The New York Times"ə  danışıb.

Şəxsi həyatının bu qədər görünməsindən məmnun olmadığını bildirən Şahzadə, "Görünür, 10-12 dəfə ev almışıq, ya da köçmüşük. Məncə, 10-12 dəfə boşanmışıq" deyib gülərək reaksitya verib.

Digər tərəfdən, Kral Çarlz və Şahzadə Diananın kiçik oğlu Şahzadə Harri sentyabrda 40 yaşı tamam olub.

Kral ailəsinin rəsmi sosial media hesabından bu paylaşım trend mövzusuna çevrilib. Şahzadə Harrinin kral ailəsindən ayrıldığı gündən ailəsi ilə yaxşı münasibətdə olmadığı məlum olub.

2021-ci ildən bəri ilk dəfə olaraq Şahzadənin doğum günü kral ailəsinin rəsmi sosial media hesabında xüsusi paylaşımla qeyd edilib.

Yazıda belə bir qeyd var: "Sasseks hersoquna bu gün 40 yaşını təbrik edirik.  Eyni paylaşıma Şahzadə Uilyam və Şahzadə Keytin rəsmi sosial media hesablarında da yer verilib.

2020-ci ildə kral ailəsini tərk edən Harri Uels şahzadəsi qardaşı Uilyamla danışmır və atası Kral Çarlzla münasibətləri gərgindir.

Harri keçən fevral ayında xərçəng diaqnozundan sonra atasını görmək üçün İngiltərəyə gəlib, lakin görüş cəmi 45 dəqiqə ilə məhdudlaşıb və o, Şahzadə Uilyam ilə görüşməyib.