“Heyət Təhrir əş-Şam” qruplaşmasının üzvləri Suriyanın Həma şəhərinə daxil olduqlarını açıqlayıblar.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Əsəd rejiminə məxsus ordu da faktı təsdiqləyib. Onlar Həma üzərində nəzarəti itirdiklərini açıqlayıblar.
HTŞ-nin rəhbərlik etdiyi silahlı müxalif qruplar Həma şəhərində Əsəd rejiminə aid iki helikopteri vurduqlarını da bildiriblər.
Bundan başqa, Həmadakı bəzi yüksək rütbəli rejim rəsmilərinin Həma Hərbi Hava Limanından havaya qalxan helikopterlərlə Xümsə qaçdıqları vurğulanıb.
Qeyd edilib ki, Əsəd rejimi Həma aviabazasından Xümsə MiQ-23 təyyarələri və helikopterləri daşımağa başlayıb.