Türkiyə hazırda qlobal oyunun mühüm aktorlarından birinə çevrilib.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, ölkəsinin ən böyük şansı Türkiyənin bütün böhranlarda kapitan rolunda olmasıdır:
"Dünya bir yanda Rusiya Prezidenti Vladimir Putin, digər yanda isə ABŞ-ın yeni prezidenti Donald Tramp kimi güclü liderlərin oyun meydançası olub. Eyni formada Çindən Avropaya qədər neçə aktor bu acımasız oyunda özlərinə təsirli rol almağa çalışırlar. 22 illik hakimiyyətimiz dövründə əldə etdiyimiz siyasi, iqtisadi və diplomatik nailiyyətlər sayəsində Türkiyə hazırda bu qlobal oyunun mühüm aktorlarından birinə çevrilib".