Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) parlamentdə keçirilən prezident seçkisini baş tutmuş hesab edib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə MSK-nın məbuat katibi Natia İoseliani məlumat verib.
“Saat 11:30-a olan məlumata görə, prosesdə 170 kollegiya üzvü iştirak edib. Müvafiq olaraq, seçkilər keçirilmiş hesab edildi. Seçkilər baş tutdu, çünki seçki kollegiyasının tam tərkibinin yarıdan çoxu artıq orada iştirak edib”, Yoseliani bildirib.