ABŞ səmasında naməlum dronların görünməsi ilə bağlı ölkənin yeni seçilmiş prezidenti Donald Tramp çağırış edib.
Axar.az xəbər verir ki, bu barədə o, “Truth” sosial şəbəkəsindəki paylaşımında qeyd edib.
“Naməlum pilotsuz təyyarələr ölkənin hər yerində aşkarlanıb. Bu, həqiqətənmi hökumətimizin xəbəri olmadan baş verir? Mən belə düşünmürəm. Dərhal ictimaiyyətə xəbər verin. Əks halda, onları vurun”, - Tramp bildirib.
Ağ Ev və Pentaqon isə pilotsuz təyyarələrin ABŞ üçün təhlükə yaratmadığını bəyan edib. ABŞ Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi müşahidə edilən obyektlərin çoxunun qanuni şəkildə istifadə edildiyini vurğulayb.
Qeyd edək ki, bundan öncə Nyu York və Nyu Çersidə “yadplanetli mənşəli ola biləcəyi” ehtimal edilən dronlar görünüb.