Türkiyə və Britaniya müdafiə nazirləri Suriyadakı vəziyyəti müzakirə ediblər

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ilə Böyük Britaniyanın müdafiə naziri Con Healey arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Müzakirələr zamanı ikitərəfli, regional müdafiə və təhlükəsizlik məsələləri, xüsusilə Suriyadakı son vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.