Suriyanın müdafiə departamenti ölkədə mövcud olan bütün silahlı qrupları ləğv edəcək.
Axar.az xəbər verir ki, bu barədə “Heyət Təhrir əş-Şam”ın (HTŞ) lideri Əbu Məhəmməd Colani ölkə televiziyasına müsahibəsində bildirib.
"Müdafiə Nazirliyinin bütün silahlı qrupları ləğv edəcəyini deyən Colani ölkədə dövlət qeydiyyatında olmayan heç bir silahın olmayacağını vurğulayıb.