Aİ-nin Rusiya qazının Ukrayna ərazisindən tranzitinin uzadılmasında maraqlı olmadığı barədə xəbərlər fonunda “Qazprom”un səhmləri kəskin ucuzlaşıb.
"Sherg.az" NextaTv-yə istinadən xəbər verir ki, səhmin qiyməti 2,41% azalaraq hər səhmə görə 1,017 dollar təşkil edib ki, bu da 2009-cu ilin yanvarından bəri ən aşağı səviyyədir.
Qeyd edilir ki, Kiyev və Moskva arasında mövcud tranzit sazişinin müddəti bu ilin sonunda başa çatır və tərəflərdən heç biri onu yeniləməyi planlaşdırmır.