İsrail və Fələstin arasında atəşkəs danışıqları davam edərkən tərəflər son vəziyyətlə bağlı mediaya qiymətlər verirlər.
Sherg.az xəbər verir ki, ABŞ, Misir və Qətərin vasitəçiliyi ilə aparılan danışıqlarda iştirak edən bir fələstinli rəsmi Britaniyanın BBC telekanalına deyib ki, üç mərhələli məhbuslar-ateşkəs razılaşması üzrə danışıqlar 90 faiz tamamlanıb, lakin əsas problemlər qalmaqdadır.
Anlaşmazlıq bölgələrindən birinin Misir boyunca uzanan Filadelfi dəhlizi olduğunu bildirən rəsmi, Qəzzanın İsraillə sərhədində bir neçə kilometr enində bufer zonanın yaradılmasının və İsrailin bu bölgədə “hərbi varlığının” olmasının nəzərdən keçirildiyini açıqlayıb.
Rəsmiyə görə, bu məsələlər həll edildikdən sonra atəşkəs bir neçə gün ərzində qüvvəyə minə bilər.
Razılaşmaya əsasən, atəşkəsin birinci mərhələsində azad edilən hər qadın məhbus üçün 20 fələstinli məhbus azad ediləcək, lakin bu məhbusların adları hələ müəyyən edilməyib.
Bundan əlavə, hər gün təxminən 500 TIR humanitar yardımın Qəzzaya daxil olacağı bildirilib.
BBC iddia edib ki, razılaşmanın üçüncü mərhələsində müharibə sona çatacaq və Qəzza “əvvəllər heç bir siyasi əlaqəsi olmayan, lakin bütün Fələstin qruplarının dəstəyinə sahib olan texnokratlar komitəsi tərəfindən idarə olunacaq”.