Qeyri-qanuni immiqrasiya Avropa Birliyinin təhlükəsizliyinə təhdiddir və qurum öz sərhədlərini Rusiya və cinayətkar təşkilatların bununla bağlı yaratdığı təhlükədən qorumalıdır.
Axar.az xəbər verir ki, bunu İtaliya Baş naziri Corciya Meloni deyib.
“Fikrimcə, qeyri-qanuni immiqrasiya problemini yalnız həmrəylik əsasında həll etmək səhv idi. Nəticədə sərhədlərimizi qoruya bilmədik. Biz xarici sərhədlərimizi qorumaq istəyirik və Rusiyanın və ya cinayətkar təşkilatların təhlükəsizliyimizi pozmasına icazə verməyəcəyik”, - Meloni bildirib.