Avropanı fəlakət gözləyir: 2025-ci il üçün iki eyni proqnoz

Nostradamus və tarixin ən məşhur öncəgörənlərindən biri hesab edilən Baba Vanqanın 2025-ci il üçün söylədiyi proqnozlar ortaq nöqtədə birləşir. Hər iki falçı qarşıdan gələn illə bağlı vaxtilə qorxulu proqnozlar verib. 

Hər iki falçı 2025-ci ilin müharibələr, epidemiyalar və təbii fəlakətlərlə dolu olacağını iddia edib. 16-cı əsrin məşhur fransız kahini Nostradamus “Les Prophities” əsərində bir çox tarixi hadisələri qabaqcadan gördüyü iddiası ilə tanınır. Nostradamus 2025-ci il üçün  proqnozlarına İngiltərənin həm daxili, həm də xarici düşmənlərə qarşı mübarizə aparacağını və amansız müharibələrə səhnə olacağı, tarixdən gələn ölümcül xəstəliyin yenidən yayılacağı, 2025-ci ildə Qərb ölkələrinin təsirinin azalacağı və uzun sürən müharibələrin sona çatacağı daxildir. 1996-cı ildə vəfat edən bolqar kahin Baba Vanqa 21-ci əsrlə bağlı bir çox diqqətəlayiq proqnozlar söyləyib. 

Onun kəhanətlərində 11 sentyabr hücumları və şahzadə Diananın ölümü kimi hadisələrin olduğu və bunların təsdiqləndiyi görünüb. Vanqa Nostradamusun 2025-ci il üçün proqnozlarına oxşar proqnozlar verib. O, Avropanı dərindən sarsıdacaq müharibənin olacağını və bu müharibənin qitəni məhv edəcəyini proqnozlaşdırıb. O, həmçinin bildirir ki, Avropada sönmüş vulkanlar püskürəcək və Amerikanın qərb sahillərində dağıdıcı zəlzələlər baş verəcək. Baba Vanqanın fikrincə, Rusiya dünya lideri kimi güc qazanacaq və qlobal təsirini artıracaq. Hər iki kahin 2025-ci ildə tibb və texnologiyada əhəmiyyətli irəliləyişlərin olacağını proqnozlaşdırıb: Nostradamus İngiltərənin epidemiya ilə mübarizədə qabaqcıl tibbi irəliləyişlərə imza atacağını bildirib. Baba Vanqa laboratoriyalarda yetişdirilən orqanlar sayəsində transplantasiyaların asanlaşacağını, telepatiyanın reallığa çevriləcəyini iddia edib. Baba Vanqa 2025-ci ildə keçiriləcək böyük bir idman tədbiri zamanı yerdənkənar canlılarla əlaqə quracağını təklif edib. Nostradamus, kosmik alov topunun dünyanı vuracağını və böyük dağıntılara səbəb olacağını proqnozlaşdırıb. Nostradamus və Baba Vanqanın peyğəmbərlikləri maraqlı olsa da, bir çox ekspertlər bu proqnozların qeyri-müəyyən və şərhə açıq olduğunu vurğulayırlar. Kəhanətlərin düzgünlüyü tez-tez müzakirə olunur və onların əksəriyyətinin yoxlanıla bilən mənbəsi yoxdur. Yenə də bu proqnozlar bütün dünyada maraq oyatmaqda davam edir.