Gürcüstan Prezidenti Salome Zurabişvili Orbeliani sarayını tərk edəcəyini açıqlayıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, prezidentin iqamətgahının qarşısına toplaşan etirazçılara müraciət edən Zurabişvili sarayı tərk edəcəyini, lakin legitim prezident olaraq qalacağını bəyan edib.
O gürcü xalqına sadiq qalacağını, legitimliyin yalnız xalqdan gəldiyini deyib.